F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlərin fikrincə, son iki yarışın qalibi Lyuis Həmilton İnterlaqosda da qələbəyə ən real namizəddir. Çempionatın lideri Niko Rosberqin şansları isə, bundan əvvəlki iki yarışdakı ilə müqayisədə daha az qiymətləndirilib.
Braziliya Qran Prisində qələbə (sürücülər) | |
Lyuis Həmilton | 1.91 |
Niko Rosberq | 2.87 |
Maks Ferstappen | 12.00 |
Daniel Rikkardo, Sebastyan Fettel | 13.00 |
Kimi Rəykkönen | 34.00 |
Niko Hülkenberq, Serxio Peres | 301.00 |
Lyuis son iki yarışda qalib gələrək Niko ilə arasındakı xal fərqini 19-a endirib. Lakin Niko Braziliyada qalib gələrsə, Lyuisin göstərəcəyi nəticədən asılı olmayaraq, çempionluğunu elan edəcək. Təəccüblü deyil ki, bunu nəzərə alan bukmeykerlər də onun çempionluq şanslarını çox yüksək qiymətləndirirlər.
Dünya çempionatında qələbə (sürücülər) | |
Niko Rosberq | 1.22 |
Lyuis Həmilton | 4.33 |