F-1.az bildirir ki, bəzi komandalar gələn il üçün hazırladıqları aerodinamik yenilikləri yoxlayıblar. Niko Rosberq yeni arxa və ön qanadla trasa çıxıb, komanda yoldaşı Lyuis Həmilton isə builki elementlərdən istifadə edib. Bununla Mercedes-in mühəndisləri yeni və köhnə elementlər arasındakı fərqi görmək istəyiblər.
İlk sərbəst yürüş sessiyasına iki gənc sürücü cəlb olunub – Kevin Maqnusseni Sergey Sirotkin, Esteban Qutyerresi işə Şarl Lekler əvəzləyib. Kimi Rəykkönen, Niko Hülkenberq, Colion Palmer, Markus Eriksson və Roman Qrojan yeni Halo sistemini test ediblər.
Sessiyanın başlamasından 28 dəqiqə sonra Sirotkinin maşını pit yolunun girişində dayanıb. Onun güc qurğusunda hibrid hissəsində problem yaranıb və mexaniklər maşını boksa aparıblar. Bir qədər sonra Kvyat arxa sağ təkərində problem yaşayıb və çox aşağı sürətlə boksa qayıdıb. Hər iki rus sürücü sessiyanı vaxtından əvvəl tamamlamalı olub.
Protokollara Lyuis Həmilton başçılıq edib – 1.11.895. Maks ondan 0.096 saniyə geri qalıb. Ən çox məsafəni isə Valtteri Bottas qət edib. Niko isə üçüncü olub. Məşqlər nahardan sonra davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:11.895 | – | 32 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:11.991 | + 0:00.096 | 29 |
3 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:12.125 | + 0:00.230 | 26 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | 1:12.371 | + 0:00.476 | 27 |
5 | 77 | Valtteri Bottas | Williams | 1:13.129 | + 0:01.234 | 36 |
6 | 11 | Serxio Peres | Force İndia | 1:13.289 | + 0:01.394 | 31 |
7 | 27 | Niko Hülkenberq | Force İndia | 1:13.293 | + 0:01.398 | 33 |
8 | 19 | Felipe Massa | Williams | 1:13.318 | + 0:01.423 | 33 |
9 | 5 | Sebastyan Fettel | Ferrari | 1:13.567 | + 0:01.672 | 24 |
10 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:13.569 | + 0:01.674 | 26 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 1:13.711 | + 0:01.816 | 22 |
12 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:14.090 | + 0:02.195 | 15 |
13 | 22 | Censon Batton | McLaren | 1:14.252 | + 0:02.357 | 27 |
14 | 14 | Fernando Alonso | McLaren | 1:14.296 | + 0:02.401 | 26 |
15 | 8 | Roman Qrojan | Haas | 1:14.507 | + 0:02.612 | 25 |
16 | 12 | Felipe Nasr | Sauber | 1:14.631 | + 0:02.736 | 21 |
17 | 9 | Markus Eriksson | Sauber | 1:14.654 | + 0:02.759 | 23 |
18 | 31 | Esteban Okon | Manor | 1:14.827 | + 0:02.932 | 30 |
19 | 30 | Colion Palmer | Renault | 1:14.908 | + 0:03.013 | 32 |
20 | 94 | Paskal Verlyayn | Manor | 1:14.948 | + 0:03.053 | 32 |
21 | 50 | Şarl Lekler | Haas | 1:15.391 | + 0:03.496 | 27 |
22 | 46 | Sergey Sirotkin | Renault | 1:15.800 | + 0:03.905 | 10 |