Brawn GP maşının yenilənmiş versiyasını təqdim edəcək

Ross Braunun komandası mövsümün ikinci yarısına hər iki çempionatın lideri kimi başlayır, amma rəqiblər hər yarışdan sonra güclənirlər və indi […]

Ross Braunun komandası mövsümün ikinci yarısına hər iki çempionatın lideri kimi başlayır, amma rəqiblər hər yarışdan sonra güclənirlər və indi Brawn GP-nin çempionatda qələbəsi bir ay əvvəl göründüyü kimi aşkar deyil. Macarıstanda hava Silverstounda və Nürburqrinqdə olduğundan çox isti olmalıdır, ona görə vəziyyət dəyişə bilər…

Ross Braun: “Son iki yarışda, Silverstounda və Nürburqrində, biz maşının potensialını realizə edə bimədik, rəqiblərimiz isə irəliyə doğru böyük addımlar atıblar. Amma buna baxmayaraq, biz əminik ki, mövsümün ilk yarışlarında BGP001-in göstərdiyi sürət heç hara yox olmayıb, əmələ gələn problemlər isə xarici faktorlarla əlaqədardır.

Bizim vəzifəmiz maşından maksimum yararlanmaqdır, mövsümün gedişində onun inkişafını yeksək tempdə saxlamalıyıq. Budapeştdə biz aerodinamik yeni versiyasını təqdim edəcəyik, bununla effektliyi, asfalta yatma qüvvəsini artıracayıq və balansı yaxşılaşdıracayıq, amma mübarizə çox sıx olacaq, ona görə də hər bri yarışda irəliyə doğru bir addım atmalıyıq.

Komanda bir çox problemləri həll edib, mövsümün ilk yarısında ldierlik etmək üçün ciddi iş görüb. Mən bilirəm ki, bizim yaxşı işçilərimiz, resursumuz və iki əla sürücümüz var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*