Gələn həftə Brawn GP komandasının rəhbərliyi Censon Batton və Rubens Barrikello ilə gələn mövsümə müqavilə barədə danışıqlar aparacaq, Ross Braun dəyişikliyə əsas görmür…
Ross Braun: “Mən bizə heyətimizi saxlamağa mane ola biləcək səbəb görmürəm, Censon və Rubens öz işlərinin öhdəsindən əla gəlirlər, Spa yarışından sonra biz danışıqlara başlayacayıq.
Biz sürücülərlə danışmazdan əvvəl bir çox məsələləri həll etməli idik, amma Razılıq Müqaviləsi imzalanıb, kommersiya baxımından ciddi inkişaf var, indi biz Belçika Qran Prisindən sonra bu məsələni yoluna qoymağa hazırıq.”