Brawn GP komandasının yeni saytında bu gün əsas əməkdaşların siyahısı yerləşdirilib. Bu siyahıda yeni adlar yoxdur, onlar hamısı Honda Racing komandasının üzvləridir…
Sürücülər:
Censon Batton və Rubens Barrikello
Menecment:
Ross Braun (komandanın başçısı)
Nik Fray (icraçı direktor)
Yorq Tsander (texniki direktor)
Yorq Tsander – alman mütəxəssis Formula1 maşınlarının məşhur konstruktorudur. Köln Universitetində təhsil alıb, Toyota, BAR və Williams komandalarında çalşıb, son iş yerində Qəvin Fişeri əvəz etməklə Səm Mayklın başçılığı altında Loik Biqua ilə əməkdaşlıq edib. 2006-cı ildə şəxsi təşəbbüsü ilə BMW Sauber-ə keçib və baş konstruktor postunu tutub, 2007-ci ilin uyulunda isə Honda Racing komandasına dəvət olunub.
Loik Biqua (aerodinamika şöbəsinin başçısı)
Loik Biqua – fransalı mütəxəssis əvvəllər müdafiə və kosmik sənayedə çalışıb. Formula1 karyerasına Ligier-də başlayıb, sonra 2002-ci ildə bağlananan qədər Prost GP-də işləyib. Minardi ilə qısamüddətli əməkdaşlıqdan sonra Williams-a keçib və Yorq Tsanderlə əməkdaşlıq edib. 2007-ci ilin yulundan alman mütəxəssislə birgə Honda Racing-ə keçib.