Brawn GP hərrac elan edib

Brawn GP komandası hərracdan köhnə Honda və B.A.R maşınlarını satmaq fikrindədir, komanda bununla əlavə vəsait qazanmaq istəyir. Bu maşınlarda 2001-2006-cı […]

Brawn GP komandası hərracdan köhnə Honda və B.A.R maşınlarını satmaq fikrindədir, komanda bununla əlavə vəsait qazanmaq istəyir. Bu maşınlarda 2001-2006-cı illərdə Jak Vilnöv, Censon Batton və Rubens Barrikello çıxış ediblər, maşınlar iyulun 25-də ənənəvi Silverstone Classic bayramında hərraca çıxarılacaq. Aydın məsələdir ki, potensial alıcı və kolleksionerlərə yalnız şassi, motorsuz satılacaq, həm də maşınların qiyməti ağlabatan olacaq. Məsələn, 2001-ci ilin B.A.R 003 şassisinin başlanğıc qiyməti 7 min funt olacaq…

Nik Fray: “Brawn GP B.A.R və Honda-dan aldığı idman vərəsəliyi ilə fəxr edir. Bizim böyük tarixi maşınlar kolleksiyamız var. Biz belə fantastik suvenirləri kolleksionerlərə təqdim etdiyimiz üçün şadıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*