Braun: McLaren-də kadr dəyişikliyi keçən ildən başlayıb

McLaren-də Avstraliya Qran Prisi ərəfəsində mühəndislik və təşkilati tərkibdə əsaslı dəyişiklik elan edildi.

F-1.az xəbər verir ki, komandanın lideri Zek Braun vurğulayıb ki, kadr dəyişikliyi 2023-cü il maşını ilə bağlı problemlərə cavab deyil, keçən ildən başlayan və görülən işlərin nəticəsidir.

Zek Braun: “2022-ci ilin əvvəlində testlər  zamanı əyləc kanalında problem yaşadıq, lakin maşının özü yaxşı idi. Sonra mövsüm ərzində sürücülərlə problemlərimiz oldu ki, bu da hamının diqqətini çəkdi.

Bununla belə, maşının modernləşdirilməsi tempi ilə bağlı problemlər məni daha çox narahat edirdi. Mövsümün ikinci yarısında mövsümə haradan başlayıb, harada bitirdiyimizə nəzər saldıq, sonra əldə etdiyimiz nailiyyətləri rəqiblərimizin tərəqqisi ilə müqayisə etdik.

Ötən ilin sonunda komanda rəhbərini dəyişdik, lakin bu məsələ ilə bağlı danışıqlar daha tez başladı. Mən Andrea Stellaya komandaya lazım olan dəyişiklikləri etmək üçün mandat verdim və o, məhz bunu etdi. O, uzun illər komandada idi, ona görə də sıfırdan başlamalı deyildi. Nəhayət, o, komandada məqsədəuyğun hesab edilən faktiki idarəetmə modelini ortaya qoydu və onu həyata keçirməyə başladı.

İş bir müddət davam etdi və bizim kadr dəyişikliyi barədə açıqlamamız mövsümün sönük başlaması ilə üst-üstə düşdü”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*