Braun F1-də daha çox komanda görmək istəyir

McLaren komandasının direktoru Formula1 ilə maraqlanan komandalara məsləhətlər verib, peletonun genişlənməsini istədiyini bildirib.

F-1.az xəbər verir ki, bir çoxları yeni komandaların gəlməsini dəstəkləməsə də, Zek elə düşünmür.

Zek Braun: “Düşünürəm ki, pelotonu genişləndirmək əla fikirdir. Formula1-də komandaların artması idmana çoxlu resurs gətirər, ümumi işimizdə bizə kömək edər, idmanın inkişafına töhfə verərdi.

Yeni komandalar üçün ən yaxşı nümunə Haas-dır. Onlar hər şeyi mütərəqqi şəkildə edirlər, davamlı inkişafdadırlar və artıq yaxşı nəticələr əldə edirlər. Formula1-in bir çox potensial iştirakçılarında Haas-ın sahib olduğu aydınlıq yoxdur – bu komandanı nümunə götürmək lazımdır”.

Qeyd edək ki, F1-ə tam yeni komanda kimi son dəfə 2016-cı ildə məhz Haas daxil olub. Hazırda da bu addımı atmaq istəyən komandalar var və artıq ikisi rəsmi şəkildə müraciət də edib.

Ən çox adı hallanan isə Marko Andrettinin layihəsidir. Onlar çoxdandır ki, çempionatda iştirak etmək istəyirlər və əllərini daha da gücləndirmək məqsədi ilə Cadillac-la birləşiblər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*