Brabham brendi Formula1-ə qayıdır?

Əfsanəvi Brabham brendi Formula1-ə qayıda bilr. Britaniyada dərc olunan Autocar qəzetinin yazdığına görə, 2014-cü ildə dünyasını dəyişmiş üçqat dünya çempionu Cek Brəbhəmin varisləri Brabham adı altında superkarların istehsalı ilə məşğul olan layihəyə start verməyə hazırlaşırlar - yeni brendin reklamı üçün Formula1-dən istifadə olunacaq.

Hələlik təsdiq olunmayan məlumatlara əsasən, Brabham komandası hazırkı Force İndia-nın bazasında qurulacaq – Vicey Malya üzləşdiyi problemlər üzündən komandasını sata bilər. Deyilənlərə görə, köhnə-yeni komandanın həyata qaytarılmasında amerikalı sərmayədarlar böyük rol oynayacaqlar, amma hələlik dəqiq heç bir məlumat yoxdur.

Cek Brəbhəmin oğlu Devid belə bir layihənin olduğunu təkzib etməyib, amma vəziyyəti şərh etməkdən boyun qaçırıb: “Brabham adının yarış tarixində 69 illik irsi var, biz bu adı trasa qaytarmaq fikrindəyik.

Project Brabham layihəsinə 2014-cü ilin sentyabrında start vermişik və həmin vaxtdan müxtəlif tərəflərdən çoxlu təkliflər almışıq, bu brendən istifadə üçün lisenziya verməyimizi istəyən çoxlu tərəfdaşlarımız var. Biz bir neçə variantı nəzərdən keçiririk, amma hələlik təfərrüatlar barədə danışmırıq”.

Brabham komandasını Cek Brəbhəm 1962-ci ildə Formula1-ə gətirmişdi, sonuncu dəfə bu komandanın maşınını 1992-ci ildə Deymon Hill Macarıstanda yarışa çıxarmışdı. Komandanın aktivində Mühəndislər Kubokunda 2 qələbə, 4 dünya çempionu titulu və 30 yarış qələbəsi var…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*