F-1.az xatırladır ki, sözügedən toplantıda qəbul olunan qərarlardan biri də sürücülərin soyadlarının və nömrələrinin maşın üzərində daha aydın yazılması idi. Biz həm də məlumat vermişdik ki, FİA maşınların üzərindəki nömrələrlə bağlı tələbləri komandalara göndərmişdi.
Komandalar sürücülərin soyadlarını və nömrələrini maşın üzərində daha aydın yazmalı olacaqlar və bu qayda İspaniya Qran Prisindən etibarən tətbiq edilməlidir. FİA artıq məsələ ilə bağlı qəbul olunan yeni tələbləri komandaların nəzərinə çatdırıb. Nömrənin yazıldığı şriftin hündürlüyü 23 sm-dən, qalınlığı isə 4 sm-dən az olmamalıdır. Eyni zamanda, sürücülərin soyadlarının tam və ya ixtisarla yazıldığı şriftin hündürlüyü ən azı 15 sm, qalınlığı isə 3 sm olmalıdır. Nömrələr maşının ön hissəsində yazılmalıdır. Sürücünün soyadı isə arxa qanadda, yan pantonlarda və ya motor qapağının hava kanalının arxasında əks oluna bilər. Uzun soyadları isə qısaltmağa icazə verilir. Məsələn, Kevin Maqnussenin soyadını rəsmi xronometrajda olduğu kimi, MAG yazmaq olar.
Mercedes AMG artıq maşınlara rəqəmləri tələb olunan formada yazıb və bu gün mətbuat xidməti komandanın rəsmi Twitter səhifəsində maşınların şəkillərini paylaşıb.