F-1.az xəbər verir ki, yarışın startında Kvyat Alonsonu, o da Ferstappeni vurub, ispan və holland sürücülər yarışı yarımçıq saxlayıblar. Bottas və Fettel mövqelərini qorusalar da, Rəykkönen iki mövqe itirib. Bottasın vaxtından əvvəl start alması araşdırılıb, lakin finlandiyalının qayda pozuntusuna yol vermədiyi məlum olub.
Pit-stop dalğası başlasa da, Ferrari Rəykköneni pitə çox gec çağırıb. Bunun nəticəsində Həmilton onu üstələyib. Yarışın sonu isə çox maraqlı alınıb – Fettel lider Bottasla, Həmilton isə üçüncü yerdə gedən Rikkardo ilə fərqi minimuma endirib. Son metrlərə qədər mübarizə davam edib, lakin ötmə olmayıb və mövqelər dəyişməyib.
Bottas mövsümdə ikinci qələbəsini qazanıb, Fettel isə ikinci olaraq əsas rəqibi Həmiltonla çempionatda fərqi daha da artırıb. Rikkardo isə ardıcıl beşinci yarışı podiumda başa vurub. Yarış barədə ətraflı bir qədər sonra…