F-1.az xatırladır ki, Rosberq 2010-2016-cı illərdə Mercedes-də yarışıb və iki dəfə vitse-çempion, bir dəfə isə Dünya Çempionu olub. Bottas isə Mercedes-də 3-cü mövsümünü keçirir və indiyə kimi ən yaxşı nəticəsi 3-cü yer olub.
Xuan Pablo Montoya: “Valtteri Nikoya nisbətən hərtərəfli sürücüdür. Keçən il onunçün çətin keçdi. Amma geridönüş edə bildi. Hazırda əla yarışır. Lyuis artıq sərbəst yürüşlərdə səhvlər edir. Sürətli olmaq üçün səhvlər edirsinizsə, işiniz çətindir”.