F-1.az xəbər verir ki, Valtteri təqaüdə çıxmaq üçün heç bir səbəbinin olmadığını bildirir.
Valtteri Bottas: “Mən bəziləri ilə müqayisədə hələ gəncəm. Mənim 33 yaşım var. Hələ yaxın gələcəkdə karyeramın sonunu görmürəm, pilotluğumun və ya komanda ilə işimin bir növ pisləşdiyini hiss etmirəm. Baş verənlər bütün komanda və şirkət üçün maraqlıdır. Əlbəttə, Formula1-də qalib olmaq istəyirsinizsə, avtomobil istehsalçısının bir hissəsi olmaq sizə ən lazım olan şeylərdən biridir”.
Qeyd edək ki, Bottas Formula1-in hazırkı sürücüləri arasında Fernando Alonso (41 yaş), Lyuis Həmilton (38 yaş) və Serxio Peresdən (33 yaş) sonra dördüncü ən yaşlı sürücüdür.
F1 karyerasına 2013-cü ildə başlayan Valtteri bugünə qədər Williams, Mercedes və Alfa Romeo komandalarında çıxış edib. 205 yarışda start alıb, 10 qələbə qazanıb, 67 dəfə podiuma yüksəlib və 20 poulun, 19 sürətli dövrənin sahibidir. İki dəfə vitse-çempion olub, daha iki mövsümü isə üçüncü yerdə başa vurub.
Hazırda Alfa Romeo komandasında Mercedes-dəki uğurlarından uzaqdadır – sürücü cari mövsümdə yalnız bir dəfə, o da açılış yarışında 8-ci yer tutaraq xal qazana bilib…