F-1.az xatırladır ki, irqçiliyə qarşı olduqlarını göstərməkçün əvvəl Mercedes komandası rəng çalarını dəyişmişdi. Bu gün isə Lyuis Həmilton yeni dəbilqəsini təqdim edib. Belə görünür ki, Bottas da komanda üzvlərindən geri qalmaq istəməyib və o da irqçiliyə qarşı olduğunu göstərməkçün “Stronger Together” şüarlı dəbilqə hazırlatdırıb.
Qeyd edək ki, Mercedes komandası kambinezonların rəngini də boz rəngdən qara rəngə dəyişib.