Bottas: C43-ün ilk testləri ləzzət elədi

Alfa Romeo komandası Barselonada yaxşı hava şəraitinin yaratdığı fürsətdən yararlanaraq çəkiliş günləri proqramını tamamlayıb: şənbə günü Kataloniya trasının ərazisində yazda olduğu kimi hava isti və günəşli olub.

F-1.az xəbər verir ki, Valtteri Bottas ögrdüyü işə yekun vurub – çox güman ki, finlandiyalı sürücü yeni C43 maşınının sükanı arxasında keçirdiyi vaxtdan razı qalıb.

Valtteri Bottas: “Barselonada daha bir yaxşı gün keçirdik – həm sponsorlar üçün çəkiliş apardıq, həm də maşının ilkin yoxlanmasını həyata keçirdik. Aydındır ki, mən bu hələ kifayət qədər dövrə vurmamışam, amma sükan arxasında keçirdiyim hissləri müqayisə etdikdə, hər şeyin gözlədiyimiz kimi, normada olduğu görünür və bu yaxşıdır.

Biz Bəhreyndə testlərə hazırlaşmağa davam edirik, lakin C43-ün ilk testlərindən əsl zövq aldım və ləzzəet elədi. Mən bu maşınının sükanı arxasında işləməyə tez bir zamanda davam etmək istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*