F-1.az xatırladır ki, italyanlar mövsümə elə də uğurlu başlamayıblar və geridə qalan yarışlarda cəmi 6 xal qazanıblar. Komanda yeniliklərin effektivliyinin qiymətləndirilməsində Valtteri Bottasın təcrübəsinə inanır…
Valtteri Bottas: “Barselonada necə çıxış edəcəyimiz mənə çox maraqlıdır. Trasın konfiqurasiyası bir qədər dəyişdi, məşqdə biz buna öyrəşməli olacağıq, həm də Monakoda təqdim olunan yeni məhsullara.
Knyazlıqda yaxşı iş gördük. Monakoda dörd yer geri qazanmaq həmişə çətindir, baxmayaraq ki, xal gətirmədi. Amma biz daha çoxunu hədəfləyirik və Barselona düzgün istiqamətdə addım atacağımız yer ola bilər. Komandada hər kəs öz bacarığına arxayındır, əsl komanda ruhu belə olmalıdır”.