Bottas: Audi ilə tərəfdaşlığa qədər hələ çox var

Bir daha xatırladaq ki, 2026-cı ildə indi Alfa Romeo adlanan Hinvil komandası Audi güc qurğuları ilə təchiz ediləcək.

F-1.az xəbər verir ki, komanda artıq alman istehsalçısı ilə işləmək üçün yenidən qurulur, lakin Valtteri Bottas hesab edir ki, Audi-nin təsiri gələn il hiss olunmayacaq.

Valtteri Bottas: “Komandadakı hər kəs başa düşür ki, Audi ilə əməkdaşlıq gələcək üçün əla fürsətdir və artıq bu, bizim üçün sabitliyə zəmanət verir. Audi-nin gəlişi elan edilən kimi hamı həyəcanlandı və bu barədə danışdı, amma sonra yenidən işə qayıdıb bütün diqqətlərini növbəti mövsümə cəmlədilər. Aydındır ki, gələn il heç nə dəyişməyəcək, çünki biz Alfa Romeo olaraq qalırıq.

Komandada hamı başa düşür ki, Audi-nin gəlişinə hələ çox vaxt var. Bununla belə, gələcəyə müsbət münasibətlə baxırıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*