Bolonyada Red Bull Kart Fight yarışlarının son mərhələsi başlayıb

Bu günlərdə Bolonyada 37-ci dəfə illik Bologna Motor Show tədbiri keçirilir. Biz artıq xəbər vermişdik ki, dünən şou çərçivəsində Ferrari komandası nümayiş yürüşləri keçirmişdi.

Bu gün tamaşaçıları Daniel Rikkardo Toro Rosso STR7 maşının sükanı arxasında sevindirib, sabah isə eyni missiyanı Dəvid Kulthard Red Bull RB6-nın sükanı araxsında yerinə yetirəcək.

Amma uik-endin ən vacib hadisəsi Red Bull Kart Fight yarışlarının son mərhələsi olacaq, yəni həvəskarlar arasında kartinq üzrə dünya çempionatının finalı. Seçmə mərhələrdən keçmiş iyirmi idmançı öz aralarında ən güclü gənc sürücünü müəyyən etməlidir. Bu gün səhər gənclər Toro Rosso komandasının Faensadakı bazasın baş çəkiblər, onlar bazada iki saat ərzində Formula1 komandasının işi ilə tanış ola biliblər.

Xatırladaq ki, Red Bull Kart Fight yarışının milli qalibi Gülhüseyn Abdullayev ölkəmizi Bolonyada təmsil edir və bugünkü sıralanma turunu 15-ci nəticə ilə başa vurub. Sabah keçiriləcək 3 yarış ilə sürücümüz mövqeyini yaxşılaşdırmağa çalışacaq…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*