Bolidlərin çəkisi ilə bağlı qərar verilib

Qarşıdan gələn mövsümdə bolidlərin minimal çəkisi dəyişilməz olaraq qalacaq - maşınlar ən azı 798 kq ağırlıqda olmalıdır.

F-1.az bildirir ki, bu barədə məlumatı nüfuzlu Auto Motor und Sport resursu verib. Mənbənin məlumatına görə bu, komandaların və FİA-nın kollegial qərarı olub. Çəki ətrafında müxtəlif fikirlər səsləndirilsə də, onun dəyişdirilməməsinə qərar verilib.

Qeyd edək ki, minimal çəkinin 796 kq-a endiriləcəyi gözlənilirdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*