Necə işləyir: Bolidin kütləsinin azaldılması

F-1.az xatırladır ki, Formula1 bolidinin (yanacaqsız) minimal çəkisi 702 kq olmalıdır. Əbu Dabidə 702 kq çəkisi olan bolid, İnterlaqos trasında 175 qram yüngül olur. İnterlaqos trasının dəniz səviyyəsindən hündürdə yerləşməsi, bolidin yerlə cazibə qüvvəsinə təsir edir. Qeyd edək ki, bu zaman bolidin kütləsi dəyişməz qalır.

Müxtəlif şəraitlərdə dövrənin keçmə vaxtını müəyyən etmək üçün modelləşdirmə texnologiyasından istifadə edilir və bunun əsasında artıq kütlənin yekun nəticəyə təsirini qiymətləndirmək mümkün olur.

cfd-modelləşdirmə
CFD modelləşdirmə

 

Əlbəttə ki, döngələrin profilindən asılı olaraq trassdan trasa fərq olur, amma adətən 10 kq artıq kütlə dövrədə 0,4 saniyənin itirilməsinə gətirib çıxarır.

KERS sistemindən əvvəl minimal çəkini balansa zərər vermədən əldə etmək asan idi. KERS sistemindən sonra vəziyyət bir az fərqlidir, çünki elektrik akkumulyatorlar çox ağırdırlar. Təsəvvür edin ki, 2013-cü ilin motorları ilə müqayisədə, yeni motorların çəkisi də ağırlaşıb. Bu isə minimal çəkini əldə etməyi bir az da çətinləşdirib.

kers
Renault güc qurğusu

 

Mühüm faktorlardan biri də ağırlıq mərkəzinin hündürlüyüdür. Bunun effekti çox mühüm deyil, amma ağırlıq mərkəzinin 10 mm aşağı endirilməsi bir dövrədə 0.1 saniyə vaxtın yaxşılaşdırılması deməkdir.

Ağırlıq mərkəzinin endirilməsinin ən asan yolu detalların yüngülləşdirilməsindən və əlavə ballastın maksimum aşağı hissədə yerləşdirilməsindən keçir.

Faktiki olaraq, komandalar, bolidin çəkisinin azaldılması və sonradan çəkinin artırılması üçün milyonlarla vəsait xərcləyirlər. Gülməli səslənsə də, bu yanaşma özünü doğruldur.

Mühəndislər müharibəsini önləmək üçün FİA tərəfindən ciddi qarşılıqlı tədbirlər görülür. FİA yalnız ağırlıq mərkəzinin maksimum hündürlüyünü müəyyən edir. Demək olar ki, bu kifayət edir.

Əvvəllər komandalar istənilən şəkildə ballastın yerləşdirməsini həyata keçirə bilirdilər. Bununla da mühəndislər ön və arxa təkərlər üzərinə düşən yüklənməni müəyyən edə bilirdilər, amma son zamanlarda qaydalar sərbəst hərəkət etmələrinin qarşısını aldı.

İllər öncə ballastın tənzimlənməsi üçün tükənmiş urandan istifadə olunurdu, ancaq son illər volfram ərintisindən istifadə olunur. Volfram ərintisi sıxlığına görə qurğuşundan 1,5 dəfə çoxdur və elə buna görə də kiçik həcmli ballastları bolidin istənilən yerlərinə yerləşdirmək olur.

volfram
Volfram ərintiləri

 

Daha radikal üsullara da əl atılmasının şahidi ola bilərik. Misal üçün, iki kronşteyni bir dənəsi ilə əvəz etmək. Burada bir kronşteynə əlavə funksiyalar da həvalə etmək olar.

Əgər hansısa detalı, ümumiyyətlə, ləğv etmək mümkün olmursa, bu zaman onun yüklənmə dərəcəsi analiz edilir və nəticədən irəli gələrək kostruksiyasına dəyişlik edilib çəkisi azaldılır. Bundan əlavə, boliddə istifadə olunan karbon liflərin çəkiyə qarşı bərkliyinin nisbətini mükəmməl hesab etmək olar.

Dəmir detallarda komandalar ən yaxşı polad, titan və alüminium ərintilərindən istifadə edirlər.  Sonra həmin detallarda bahalı, amma eyni anda lazımsız çəkini müəyyən edib aradan qaldırırlar.

 

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*