Red Bull-un nümayəndələri artıq bir neçə dəfə bildiriblər ki, onlar ikiqat diffuzorun konstruksiyası üzərində işləyirlər, bu gün Ferrari-nin başçısı Stefano Domenikali anoloji konstruksiya üzərində işə başladıqlarını söyləyib, BMW Sauber komandası da belə bir addım atmağa hazırdır…
Mario Tayssen: “Malayziyada biz bir daha əmin olduq ki, ikimərtəbəli diffuzorlardan istifadə edən komandalar böyük üstünlüyə malikdirlər və FİA məsələni tezliklə həll etməlidir. İdman həmişə o zaman maraqlı olur ki, oyunçuların hamısı eyni qaydalarla oynasınlar, diffuzor problemi isə yüz metrəlik məsafəni müxtəlif cür qaçan idmançılara bənzəyir – bəzi idmançılar on metr qabaqdan start alırlar. Belə şəraitdə mübarizə aparmaq mənasızdır. Bütün bunları nəzərə alaraq biz protest vermişik.
Əgər diffuzorların bu cür konstruksiyası Məhkəmədə qadağan olunmasa, biz belə bir elementin üzərində işləməyə başlayacayıq – bütün komandalar maşınlarlarını təkmilləşdirməli olacaqlar, yalnız bu yolla bərabər rəqabət səviyyəsinə çatmaq olar. Bu proses müəyyən vaxt çəkəcək, həmin vaxt ərzində artıq belə diffuzorlardan istifadə edən 3 komanda böyük üstünlük qazanacaq. Bu sahədə təkmilləşməyə böyük potensial var.”