BMW şirkəti Formula1-ə qayıtmayacaq

Şirkət bir neçə gün öncə avtoidmanla bağlı gələcək planlarını açıqlamışdı.

F-1.az xəbər verir ki, alman avtomobil nəhəngi BMW gələn ildən etibarən Andretti ilə Formula E seriyasında mübarizə aparmağa başlayacaq. 2018-ci ildən etibarən isə, WEC-də GTE sinfində yarışacaq. Formula1-dən 2009-cu ildə ayrılan markanın yenidən qayıdacağı bildirilirdi, lakin rəsmi açıqlamalar bu xəbərləri təkzib edib. Müxbir Kevin İzon bildirib: “Yeddi il əvvəl Formula1-dən ayrılıblar və geri qayıtmayacaqlarının siqnallarını verirlər. Onların iştirakı Formula E üçün qazancdır, Formula1 isə BMW-siz çox şey itirir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*