BMW Sauber komandası BMW şirkəti ilə heç bir əlaqəsi olmasına və Ferrari motorlarından istifadə etməsinə baxamayaraq, bu mövsüm öz adını saxlayacaq. Bu barədə Valensiyada komandanın “yeni keçmiş” başçısı isveçrəli Peter Zauber bildirib.
Belə bir qərarın qəbul edilməsinə səbəb Razılıq Müqaviləsinə əsasən komandaya keçənilki yayımdan gəlirlərin çatmasıdır. Bütün sənədlərdə komanda məhz BMW Sauber kimi göstərilib və adının dəyişdirilməsi zamanı maliyyə itkiləri qaçılmaz olardı…
Peter Zauber: “Mövsümün startına qədər biz heç nəyi dəyişməyi planlaşdırmırıq. Biz çempionatda BMW Sauber adı altında çıxış edəcəyik.
Ferrari? Heç bir problem yoxdur.”