BMW F1.09

BMW Sauber komandası yeni maşınını Valensiyada təqdim edib. Yerli vaxtla səhar saat 9-da Nik Haydfeld və Robert Kubitsa maşını örtən […]
bmw1

BMW Sauber komandası yeni maşınını Valensiyada təqdim edib. Yerli vaxtla səhar saat 9-da Nik Haydfeld və Robert Kubitsa maşını örtən pərdəni çəkməklə yeni F1.09-u jurnalistlərə göstəriblər – məhz bu maşınla BMW Sauber titul uğrunda mübarizəyə qoşulmaq istəyir.

İyirmi dəqiqədən sonra yeni maşın trasda ilk dövrəsini vurub, sonra isə mərasimin rəsmi hissəsi başlayıb – komanda mətbuat konfransı keçirib, jurnalistlər sürücülər və rəhbərliklə söhbət edə biliblər.

BMW Motorsport-un başçısı Mario Tayssen komandanın yeni mövsümdə qarşısında duran məqsədlərdən danışıb…

bmw2

Mario Tayssen: “Kanadada dubl və mövsüm ərzində 11 podium bizim üçün yeni səhifənin başlanğıcıdır, bu il biz keçənilki etibarlılığı saxlamaqla maşının stabillik və effektliyini artıracayıq. Ferrari və McLaren-in böyük təcrübəsi var, onlar uzun illərdir ki, çempionatda liderlik edirlər, amma biz də bu mübarizəyə qoşulmaq istəyirik.

BMW Sauber komandasının üçillik tarixi ərzizndə biz həmişə mövsüm üçün qarşımıza qoyduğumuz məqsədlərə çatmışıq, ümid edirəm ki, 2009-cu il də istisna olmayacaq, amma reqlamentdə belə ciddi dəyişikliklər zamanı qüvvələr nisbətini proqnozlaşdırmaq çətindir. Siz işlərin keyfiyyət və effektliyini artıra bilərsiniz, amma rəqiblərlə mübarizənin nəticəsini söyləmək mümkün deyil.”

bmw3

F1.09-un konsepsiyasını komandanın texniki direktoru Villi Rampf işləyib hazırlayıb, Villi bu il operativ işlərdən uzaqlaşacaq, o texniki koordinator vəzifəsini icra edəcək, mövsümün gedişində layihənin dəstəyilə Hinvildəki bazanın texniki şöbəsinin başçısı Volter Ridl məşğul olacaq.

Yeni maşın Hinvildə hazırlanıb və qurulub, KERS sistemini Münhendəki BMW mühəndisləri hazırlayıblar. Motor şöbəsinin başçısı Markus Düsman işçiləri ilə birlikdə BMW V8 motorunun resursunu 3 yarışa kimi uzadıb.

Villi Rampf: “Yeni maşının hazırlanması həmişə maraqlıdır, amma F1.09 layihəsi özünəməxsusdur – biz hər şeyi ağ vərəqdən başladıq. Reqlamentdəki ciddi dəyişiklikləri nəzərə alaraq konsepsiyanın hazırlanması keçən ilin fevralında başlamışdı, yəni keçənilki F1.08 hələ birinci yarışına heç çıxmamışdı. Biz effektiv aerodinamikalı maşın qurmağa çalışmışıq.

Sliklərə qayıdış isə hər şeydən əvvəl trasla ilişmənin artması deməkdir, amma bu zaman güc balansı irəliyə yerini dəyişir – çünki qabaq təkərlərin asfaltla əlaqə sahəsi arxa təkərlərə nisbətən daha çoxdur.”

bmw5

Yeni reqlament maşının bir çox aqreqatlarının soyutma probleminin başqa cür həllini tələb edir, indi qızmış hava mərkəzləşdirilmiş qaydada arxaya ötürülür. KERS sistemi də soyutma tələb edir – enerjinin toplanması üçün nəzərdə tutulmuş bloklar yan pantonlarda yerləşdirilib və hava axını ilə soyudulur idarəetmə bloku isə daxili soyutma sisteminə malikdir.

BMW Sauber hamıdan birinci olaraq KERS sisteminin hazırlanmasına başlasa da, ilk yarışlarda onun istifadəsi qərarı hələ qəbul olunmayıb…

bmw6

Mario Tayssen: “Mənim üçün KERS – yeni reqlamentin ən maraqlı və stimulverici aspektidir. Biz bir il ərzində bu texnologiyanı öyrənmişik, ilkin qiymətləndirmə mərhələsini keçmişik və hazırda bu sistemi qurmuşuq. Amma biz hələ də bu sistemdən yarışlarda istifadə etməyə hazır deyilik, lakin bizim işimizə baxarkən mən qürur hissi duyuram ki, bir il ərzində biz nəqədər böyük iş görmüşük.

İşlər davam edir, nə vaxtsa biz başa düşəcəyik ki, artıq yarışda KERS-dən istifadə etməyə hazırıq, amma əmin deyiləm ki, bu Melburndan əvvəl olacaq. Belə yeniliklər həmişə riskdir, siz bilmirsiniz ki, bu risk özünü doğruldacaqmı? Lakin mən əminəm ki, KERS-dən effektiv istifadə mövsümün həlledici faktoru olacaq.”

bmw7

Mərasimdə əsas sürücülər – Robert Kubitsa və Nik Haydfeld və test pilot Kristian klin iştirak ediblər, komandanın heyəti dəyişməyib və bu stabillik uğurun əsası ola bilər…

Robert Kubitsa: “Mövsümün əvvəlində hər bir sürücü həm özündən, həm də maşından maksimum nəticə gözləyir. Keçən il biz əmin olduq ki, yaxşı nəticə göstərə bilərik, mövsümün ilk yarısında biz titul uğrunda mübarizədə iştirak edirdik, biz həm şəxsi hesabda, həm də Mühəndislər Kubokunda liderlik edirdik – yekun nəticənin necə olduğunu hamı xatırlayır. Amma 2009-cu ildə biz mövsümün ikinci hissəsində də stabil olmağa çalışacayıq.”

Nik Haydfeld: “Yeni reqlament komandalar qarşısında çətin vəzifələr qoyub, indi heç kim deyə bilməz ki, çempionatda qüvvələr nisbəti necə olacaq, amma bu çempionatı daha maraqlı edəcək. Biz mövsümün ilk yarışına ən yaxşı formada çıxmaq istəyitik, bundan sonra mövsümün gedişində stabil inkişafa nail olmalıyıq. Keçən il təqdimetmə mərasimindən sonra maşın rəqiblərə uduzurdu, amma mövsümün başlanğıcına kimi komanda böyük iş gördü və vəziyyət yaxşılığa doğru dəyişdi – mən ilk dəfə Formula1-də belə bir ciddi inkişafın şahidi oldum. Ümid edirəm ki, bu il biz elə ilk testlərdən rəqabətədavamlı olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*