Hazırda Almaniyanın avtoistehsalçısı çempionatda Andretti komandasının tərəfdaşı kimi iştirak edir. Bundan başqa, şirkətin hibrid və elektrik maşınları ilə məşğul olan BMW i bölməsi çempionata Təhlükəsizlik Maşını verməklə seriya ilə əməkdaşlıq edir.
Yens Markuardt, BMW Motorsport-un başçısı: “Formula E debüt mövsümündən sonra çox inkişaf edib və hazırda yüksək səviyyəli bir çempionata çevrilib. BMW i lap başlanğıcdan seriya ilə əməkdaşlıq edir və bu idmanda öz izini qoyub. Bizdən sonra digər istehsalçılar da seriyaya maraq göstərməyə başladılar.
Prosesə cəlb olunan bütün şirkətlər Formula E-nin idman və texnologiya tərəfələrində çalışmağa şaddırlar. Beşinci çempionata biz zavod komandası kimi qatılmağı planlaşdırırıq. Bunun üçün biz seriyanın rəsmi istehsalçısı kimi qeydiyyatdan keçməli oduq, biz bunu vaxtında etdik”.
F-1.az xatırladır ki, çempionatda Jaguar, Renault, Citroen və Audi kimi avtoistehsalçılar çıxış edirlər, 5-ci mövsümdən isə Mercedes də seriyaya qatılmağı planlaşdırır. Bir qədər əvvəl isə Honda, Volvo, Ferrari və digər istehsalçılar da seriyaya maraqları olduqlarını açıqlamışdılar…