Bizim yarışın startı əvvələ çəkilə bilər

Nazirlər Kabinetnin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qəbul etdiyi qərardan sonra 3 aydan sonra ölkəmizdə debüt edəcək Avropa Qran Prisinin start vaxtı dəyişdirilə bilər...

F-1.az xatırladır ki, iki ay əvvəl bizim yarışın vaxtı açıqlanmışdı – Fransada həmin gün baş tutacaq Le Man marafonunun finişi ilə üst-üstə düşməsin deyə, bizim yarışın startı axşama doğru sürüşdürülmüşdü və 18:00-a təyin olunmuşdu.

İki gün əvvəl Nazirlər Kabinetinin məlum qərarından sonra məlum olub ki, əgər Formula1 yarışı yerli vaxtla saat 18:00-da başlayarsa, onda günəşin batmasına qədər qalan müddət 1 saat azalacaq – bu isə trasın təbii işıqlandırılması üçün problemlərə səbəb ola bilər. Xüsusən də, havanın yağışlı və ya buludlu olması görməni xeyli çətinləşdirə bilər.

Yerli vaxtla günəşin batması həmin gün 20:14-ə proqnozlaşdırılıb, ona görə də ən optimal variant yarışın start vaxtını irəli çəkməkdir – Fransada saatlar çəkildiyi üçün Le Man yarışının finişi ilə problem də olmayacaq.

Reqlamentə əsasən, bu cür dəyişikliklər FOM-la razılaşdırılmalı və FİA tərəfindən təsdiq olunmalıdır…
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*