Bizim yarışdan əvvəl böyük fasilə: Çin Qran Prisi əvəz olunmayacaq

Formula1-də 2023-cü ilin təqvimi rəsmən təsdiqlənib - mövsümə 23 mərhələ daxildir və ləğv edilmiş Çin Qran Prisi başqa yarışla əvəzi olunmayacaq.

F-1.az xəbər verir ki, ilin əvvəlində Şanxay yarışının promouterləri mərhələni 2023-cü ilin təqviminə qaytarmaq və yarışı aprelin 16-da keçirmək təklifi ilə Formula1-ə müraciət etmişdilər, lakin bugünkü açıqlamadan belə nəticə çıxır ki, bu baş verməyəcək və Qran Pri digər yarışla əvəz də olunmayacaq.

Daha əvvəl elan edilmiş mərhələlərin tarixləri dəyişməyib. Bu isə o deməkdir ki, apreldə Formula1-də Melburn və Bakıda keçiriləcək yarışlar arasında dördhəftəlik fasilə olacaq.

2023-cü ildə təqvimdə bir yeni yarış debüt edəcək – Las Veqas Qran Prisi, Qətər Qran Prisi isə birillik fasilədən sonra təqvimə qayıdacaq. Fevralın 23-dən 25-dək Bəhreyndə mövsümöncəsi testlərin üçgünlük sessiyası keçiriləcək.

FORMULA1 2023-cü il MÖVSÜMÜNÜN TƏQVİMİ

Tarix Qran Pri Keçirilmə yeri
03-05/03 Bəhreyn Saxir
17-19/03 Səudiyyə Ərəbistanı Ciddə
31/03-02/04 Avstraliya Melburn
28-30/04 Azərbaycan Bakı
05-07/05 Mayami Mayami
19-21/05 Emiliya Romanya İmola
26-28/05 Monako Monako
02-04/06 İspaniya Barselona
16-18/06 Kanada Monreal
30/06-02/07 Avstriya Şpilberq
07-09/07 Böyük Britaniya Silverstoun
21-23/07 Macarıstan Budapeşt
28-30/07 Belçika Spa
25-27/08 Niderland Zandfort
01-03/09 İtaliya Monza
15-17/09 Sinqapur Sinqapur
22-24/09 Yaponiya Suzuka
06-08/10 Qətər Lusail
20-22/10 ABŞ Ostin
27-29/10 Mexiko Mexiko
03-05/11 San Paulu San Paulu
16-18/11 Las Veqas Las Veqas
24-26/11 Əbu Dabi Yas Marina

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*