Binottonu kim əvəzləyə bilər?

Tanınmış italyan jurnalist Leo Turrini Ferrari-nin rəhbəri postunda Mattia Binottonu kimin əvəz edə biləcəyi barədə fikrini bölüşüb.

F-1.az xatırladıq ki, o, bir müddət əvvəl də Binottonun komanda rəhbəri kimi yerinin laxladığını demişdi. Leonun fikrincə, Binotto postunu tərk edərsə, onu əvəzləyəcək 2 real namizəd var – Alfa Romeo komandasının rəhbəri Frederik Vasyor və Ferrari-nin GT və WEC proqramlarının rəhbəri Antonello Koletta.

Bununla belə, Turini Kolettanın namizədliyinə şübhə ilə yanaşır. Çünki o öz işinin öhdəsindən yaxşı gəlir və WEC-də hiperkar üzərində uğurla işləyə bilər. Belə olduğu halda da, heç özü də Ferrari-nin F1 komandasının rəhbəri kimi riskli bir vəzifəni seçməz.

Maraqlıdır ki, Antonello 2020-ci ildə də Mattianın yerinə namizəd göstərilmişdi…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*