F-1.az xəbər verir ki, son illər Maranellodan bir neçə işçi, o cümlədən məşhur simalar Ceyms Əllison və Aldo Kosta da daxil olmaqla Mercedes-ə keçiblər, Audi ilə danışıqları isə nüfuzlu italyan jurnalist Leo Turrini təsdiqləyib.
Leo Turrini: “Binotto Markionnenin adamı idi. Ferrari-nin prezidenti Con Elkann onunla heç vaxt anlaşa bilməyib. Onlar su və yağ kimi uyğun gəlmirdilər. Və hamı bunu bilirdi.
Binotto heç vaxt əsas məsələlərdə prezidentin dəstəyini almayıb. Red Bull-un büdcə limitlərini pozmaq və ya qaydaları Mercedes-in xeyrinə dəyişmək barədə Elkanndan nəsə eşitmisiniz? Xeyr, olmayan şeyi necə eşidəsiniz.
Prezident komanda rəhbərinə inamını itirəndə bu nəticə tamamilə məntiqlidir. Tezliklə Binotto rəqiblərlə işləməyə başlayacaq. Onun Audi ilə danışıqlar apardığını bilirəm”.