F-1.az xatırladır ki, Rusiya yarışının startında Lekler komanda yoldaşı Fettelə hava kisəsi vermiş və almaniyalı sürücü bunun hesabına liderliyə yüksəlmişdi. Lakin dördqat Dünya Çempionu daha sonra sözünü tutmayaraq, Lekleri önə buraxmamışdı.
Mattia Binotto: “Rusiyada ilk dövrə öndə olmaq çox vacibdir, çünki burada neçənci yerdə başlayırsınızsa, orada da bitirirsiniz. Buna görə də ilk döngəni birinci və ikinci yerdə dönməli idik. Belə olan halda yarışda hər şey bizim nəzarətimizdə olacaqdı.
Bunun üçün Həmiltona hava kisəsi verməməyi qərara aldıq. Çünki o, hava kisəsindən istifsdə etsəydi, Həmilton liderliyə yüksələcəkdi. Buna görə də hava kisəsini Fettelə verdi. Beləliklə, Lekler startda yerini müdafiə etməyəcəkdi. Daha sonra isə yarış zamanı bolidlərin yeri dəyişəcəkdi. Anlaşma bu idi”.