F-1.az xəbər verir ki, nümunə olaraq o, Yaponiya Qran Prisini göstərib, Pyer Qasli trasda olsa da, marşallar traktoru trasa buraxdığına görə, o, şəxsən AlphaTauri sürücüsündən üzr istəyib.
“Mən özüm də sürücü olmuşam, buna görə də hərdən hansı məyusluğun yaranacağını yaxşı bilirəm, – deyə bin Sulayem bildirib. – İyirmi il rallidə çııxş etdim, stüardlarla problemlərim də oldu, qəzalar gördüm və maşınların mənə tərəf gəldiyi vəziyyətlərə də düşdüm, və təbii ki, uduzduğum günlər də oldu. Birsaatlıq yarışda məyus olan və emosiyalarına qapılan sürücüləri yaxşı başa düşürəm, çünki onların yerində mən də olmuşam.
Bütün sürücülərlə əla münasibətim var. Onların hamısında mənim telefon nömrəm var, məndə də onların. Pyer Yaponiyadakı hadisədən dərhal sonra mənə zəng etdi və mən ondan üzr istədim. O, sürücüdür və sürücülərdən bizə nə lazımdır? Əks əlaqə, rabitə, kommunikasiya. Mən – “get, marşallarla danış”, – deyərək sürücünü işinin dalınca göndərə bilmərəm. Sürücülərin bizə ehtiyacı var, çünki onlar maşın sürürlər, bizim isə onların əks əlaqəsinə, rəylərinə, şərhlərinə ehtiyacımız var.
Mən Fernando Alonso, Lyuis Həmilton, Corc Rassell və bir çox sürücülərlə görüşmüşəm – onlar stüardlardan nə istədiklərini, hansı problemlərin mövcud olduğunu dedilər. Sürücüləri dinləməsək, istədiyimizə nail ola bilmərik. Sürücülərlə ünsiyyət kompromis tapmağı asanlaşdırır”.