Mixael Şumaxerin Fransanın Alp dağlarında xizək sürərkən yıxılaraq ciddi kəllə-beyin zədəsi almasından iki həftə vaxt keçir. Bu günlər ərzində almaniyalı sürücü Qrenoblın universitet hospitalında süni komada saxlanılır. Almaniyada dərc olunan Bild qəzeti tibbi dairələrdə öz mənbəyinə istinadən bildirir ki, Mixaelin vəziyyəti stabil, amma ağır olaraq qalmaqdadır…
Qəzet yazır ki, hazırda həkimlər Şumaxerin beyninin ciddi müayinəsini keçirirlər, məqsəd isə beynin hansı hissəsinin zədələndiyini, hansının isə normal fəaliyyət göstərdiyini üzə çıxarmaqdır. Sürücünün süni komadan nə zaman çıxarılacağı hələ bəlli deyil, çünki gözlənilməz hadisələrin baş verə biləcəyi istisna edilmir.
Sonda yazıda qeyd olunur ki, “növbəti rəsmi məlumatın nə zaman elan olunması da məlum deyil, bəkə gələn həftə və ya gələn ay yeni xəbər olacaq…”