F-1.az xəbər verir ki, ölkənin Santyaqo del Estero vilayətinin Termas de Río Hondo şəhərciyində yerləşən avtodromda yağış altında Valentin Rossinin VR46 komandasının italiyalı sürücüsü Marko Bezzekki tarixi qələbə qazanıb.
Pouldan start alan Aleks Markes dünən sprint yarışda olduğu kimi, bu dəfə də ilk döngədə liderliyi əldən verib. İrəli çıxan Bezzekkinin tempinə isə heç kim cavab verə bilməyib – Marko yarışın sonuna yaxın üstünlüyünü 10 saniyəyə çatdırıb.
Markes uzun müddət ikinci olub – lakin onu əvvəlcə son dünya çempionu Françesko Banyaya keçib. Pekko liderə çatmaq üçün tələsdiyinə görə yıxılıb və peletonun sonuna düşüb.
İkinciliyə qayıdan Aleksi son dövrədə Joan Zarko qabaqlayıb – fransalı sürücü ənənəsinə sadiq qalaraq yarışın sonunda çox güclü çıxış edib.
Banyayanın yıxılmasından sonra rahatlaşan Bezzekki finişdə Zarkonu 5 saniyə qabaqlayıb – əfsanəvi Valentino Rossi komanda sahibi ranqından ilk qələbəsini 22 yarış gözləməli olub. Bu qələbə həm də Bezzekki üçün ilk olub.
Podiumu isə Zarko və Markes tamamlayıblar – Aleks də ilk dəfə podiumda şampan dadına baxıb.
Bu qələbədən sonra Bezzekki çempionatda liderliyi ələ alıb.
Növbəti mərhələ iki həftədən sonra Ostində baş tutacaq…