Bezzekki ilk sessiyada üstün olub

MotoGP üzrə Niderland Qran Prisinin birinci sərbəst yürüşləri geridə qalıb.

F-1.az bildirir ki, birinci sərbəst yürüşlərdə VR46 komandasının sürücüsü Marko Bezzekki üstün olub. O, ən yaxın rəqibinə 0.314 saniyə fərq atıb. İtaliyalı sürücü sessiyanın əvvəlində 1.33.961 zaman nəticəsi göstərsə də, sonlarda bu nəticəni 1.33.289-a çəkib. Gənc sürücü yenə də var qüvvəsini ortaya qoyaraq, 1.32.725 zaman nəticəsi əldə edib.

Sessiyanın sonlarında isə yeni dəst Soft təkərlər götürən Bezzekki 1.32.246 zaman nəticəsi ilə ilk sessiyanı bağlayıb. Belə görünür ki, Bezzekki karyerasının ilk podiumunu qazandığı Assendə yenidən özünü yaxşı hiss edir.

Maverik Vinyales 1.32.560 zaman nəticəsi ilə ikinci olub. Gresini-dən Aleks Markes 3-cü, Sessiyanın əvvəlində qəza edən və son 16 dəqiqədə geri qayıdan Yohan Zarko 4-cü olub.

Kuartararo idman vaxtı yerə yıxılıb barmağını qırsa da, 5-ci yeri tuta bilib. VR46 komandasının sürücüsü Luka Marini 6-cılıqla kifayətlənib. LCR-dən Nakaqima 7-ci, son yarışın qaıibi Xorxe Martin 8-ci, Cek Miller 9-cu, Aleş Esparqaro 10-cu, Bred Binder isə 11-ci olub.

Çempionatın lideri Banyaya isə çətin keçən ilk sessiyadan sonra 12-ci yeri tutub. İtaliyalı sürücü sessiya ərzində çətinliklərlə üzləşib və təmiz bir dövrə vura bilməyib.

Almaniyada 5 dəfə qəza edib zədələnən Mark Markes isə bu dəfə daha diqqətli davranıb. Sessiyanın sonlarında sürətli dövrə vuran ispaniyalı sürücünün göstəricisi 1.34.111 olub və o, 21-ci yeri tutub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*