Bezzekki ikinci sərbəst yürüşlərdə də əlçatmaz olub

MotoGP üzrə Niderland Qran Prisinin cümə sərbəst yürüşçləri geridə qalıb. Marko Bezzekki yenə də mükəmməl performans göstərərək, günü lider bağlayıb.

F-1.az xatırladır ki, italiyalı sürüc ükeçən il karerasının ilk podiumunu qazandığı Assendə özünü yaxşı hiss edib. O, birinci sərbəst yürüşlərdə hamıdan üstün olub. Onun ilk sessiyadakı nəticəsi elə güclü olub ki, ikinci sessiyanın sonuna qədər başqa sürücülər o nəticəni yaxşılaşdıra bilməyiblər.

Marko ikinci sərbəst yürüşülərdə 1.32.063 zaman nəticəsi göstərib və ən yaxın izləyəcisi Xorxe Martini 0.13 saniyə qabaqlayıb. KTM komandasının sürücüsü Cek Miller isə son dövrəsindəki nəticəsi ilə üçüncülüyə yüksəlib. Birinci sərbəst yürüşlrədə problemlərlə boğuşan Banyaya isə bu dəfə daha yaxşı təsir bağışlayıb və liderdən 0.2 saniyə geridə qalaraq, 4-cü yeri tutub.

Aprilia-dan Maverik Vinyales 5-ci, Yamaha-dan Fabio Kuartararo altıncı, Aleş Esparqaro yeddinci, Bred Binder səkkizinci, Lika Marini doqquzuncu, Aleks Markes onuncu yeri tutublar. Onları Yohan Zarko, Raul Fernades, Migel Oliveyra, Franko Morbidelli, Enea Bastyanini izləyib.

Sessiyanın sonun Maverik Vinyalesin arxasında sürətli dövrəyə başlayan Mark Markes 3-cü döngədə qəza edib. İspaniyalı Dünya Çempionu zədələnməsə də, günü 19-cu yerdə bağlayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*