F-1.az xatırladır ki, Alonso Səudiyyə Ərəbistanında su pompası probleminə görə mübarizəni dayandırmışdı və onun yeni motora keçəcəyi gözlənilən idi.
Yuki Tsunoda isə motor probleminə görə start ala bilməmişdi və xarab olmuş motoru yenidən istifadə edəcəyi gözlənilmirdi.
Bu iki sürücü yeni güc qurğusuna keçiblər. Günün surprizi isə Lando Norris olub. O da gözlənilmədən yeni motora keçib. Norris ikinci güc qurğusunu götürüb.
Səudiyyə Ərəbistanındakı qəzadan sonra Mik Şumaxer yeni qazburaxma sisteminə, güc deposuna və elektronika idarəetməsinə keçib.
Şarl Lekler və Karlos Sayns yeni qazburaxma sisteminə, Daniel Rikkardo ilə Mik Şumaxer isə yeni ötürmə qutusuna keçiblər.