F-1.az bildirir ki, yalnız monakolu sürücü yox, bütün Ferrari motoru istifadəçiləri yeni güc qurğusuna keçiblər. İtaliya komandası strateji qərarla Lekleri ikinci güc qurğusuna keçirib.
Verilən açıqlamada bildirilib ki, Şarl Leklerdən başqa Haas və Alfa Roemo komandalarının sürücüləri də ikinci daxiliyanma mühərriyi, turbo və MGU-H generatoruna keçiblər. Pyer Qasli isə üçüncü MGU-H generatorunu götürüb. Lekler, Qasli, Bottas, Maqnussen və Şumaxer isə yeni MGU-K generatoruna keçiblər.
Karlos Sayns İmolada yeni güc qurğğusuna keçdiyi üçün onda heç bir dəyişiklik olmayıb. Ləns Stroll və Nikolas Latifi ikinci depolama qurğusuna, Sebastyan Fettel isə ikinci idarəetmə elektronikasına keçib.
Lekler, Qasli, Bottas və Şumaxer isə yeni qazburaxma sistemi götürüblər.