Bəzi sürücülər güc qurğularında dəyişiklik ediblər

Bu həftəsonu Avstriyada doqquz maşının güc qurğusunda dəyişiklik edilib.

F-1.az bildirir ki, hər həftəsonu olduğu kimi Şpilberqdə də bolidlərin güc qurğularında dəyişiklik edilib. Alfa Romeo və Haas komandasının sürücüləri yeni daxiliyanma mühərriyinə keçiblər. Haas pilotlarından başqa Ferrari komandasının sürücüləri də yeni turbo və MGU-H götürüblər.

Maks Ferstappen, Nik de Friz və Yuki Tsunoa yeni batareyaya, Valtteri Bottas, Maks Ferstappen və Yuki Tsunoda yeni elektron idarəetmə blokuna keçiblər.

Şarl Lekler, Karlos Sayns, Valtteri Bottas, Quanyu Çjou, Kevin Maqnussen və Niko Hülkenberq isə yeni qazburaxma sisteminə keçiblər.

Heç bir sürücü MGU-K generatorunu dəyişməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*