Beş komanda Parisdə görüşəcək

Biz xəbər vermişdik ki, Melburnda uik-endin gedişi zamanı çempionatın 12 komandasından onu (Red Bull və Toro Rosso-dan başqa hamısı) FİA-nın […]

Biz xəbər vermişdik ki, Melburnda uik-endin gedişi zamanı çempionatın 12 komandasından onu (Red Bull və Toro Rosso-dan başqa hamısı) FİA-nın prezidenti Jan Todta ünvanlanmış məktuba imza atıb, məktubda yeni Razılaşma Müqaviləsinin məsrəflərin məhdudlaşdırılması və icrasına nəzarətlə əlaqədar olan şərtlərin çempionatın idman reqlamentinə daxil edilməsi xahiş olunurdu.

Sabah Parisin Həmrəylik Meydanında FİA-nın ofisində yeni işçi qrupu toplaşacaq, iclasın gedişində beş komandanın nümayəndələri iştirak edəcək – McLaren, Ferrari, Mercedes AMG, Lotus və Marussia.

Yeni işçi qrupa Fiat şirkətinin başçılarından biri Damyen Klermon sədrlik edəcək – o, bu yaxınlarda FİA-ya inzibati direktor təyin olunub. Klermon birbaşa Todta tabe olacaq və danışıqlarda federasiyanın mövqeyini təmsil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*