F-1.az xəbər verir ki, bu dəfə açıqcada Mexikodakı podium təsvir olunub – Maks Ferstappen finiş xəttini 3-cü keçsə də, podiuma Sebastyan Fettel qalxmışdı, yekun protokollarda isə Daniel Rikkardo üçüncü olmuşdu.
2015-ci il açıqcası
Berni bu dəfə Həmiltonun Ostin trasında vaxtından əvvəl çempionluğunu ön plana çəkmişdi.
2014-cü il açıqcası
Bu dəfə mövzu Berninin çoxsaylı məhkəmə prosesləridir – Berni bir kisə pulla təsvir olunub, silahlı quldur isə bildirir ki, “bu oğurluq deyil, sadəcə Bavariya üçün vəsait toplayır…”
2013-cü il açıqcası
Bu dəfə mövzu uzun müzakirələrdən sonra təsdiq olunmuş Razılıq Müqaviləsidir. Kompozisiyanın mərkəzində Formula1-in 3 ən nüfuzlu şəxsi yer alıb – Ferrari-nin prezidenti Luka di Montedzemolo katolik keşişi libasında Berniyə və FİA-nın prezidenti Jan Todta xeyir-dua verir. Onları alqışlayan toplaşanlar isə komanda başçıları və sürücülərdir. Ən maraqlısı isə bütün tədbirə kiminsə iki əlinin dirijorluq etməsidir – yəni şounu kimsə idarə edir…
2012-ci il açıqcası
Üçşüalı ulduz bəzəyən maşının sükanı arxasında Niki Lauda oturub, onun yanında Lyuisin oturmağa hazırlaşdığı oturacaqda dollar kisəsi təsvir olunub. Qarlı yolun kənarında qar adam obrazında Ekklstounun özüdür və çox təəccüblənib.
2011-ci il açıqcası
Mövsüm ərzində 6 dəfə insident yaradan sürücülər – Lyuis Həmilton yola mismarlı lent ataraq Felipe Massanı gözləyir: “Lyuis Miladı gözləmir, sadəcə Felipeni gözləyir…”
2010-cu ilin açıqcası
Kristian Horner Mark Uebber və Sebastyan Fettel arasında püşk atır ki, titul uğrunda mübarizədə kimi dəstəkləsin, arxadan Fernando Alonso və Lyuis Həmilton püşkatmanın nəticəsini gözləyirlər: “Püşk heç də sən istədiyin kimi düşmür…”
2009-cu ilin açıqcası
Limandan uzaqlaşan qayıqda Mario Tayssen (BMW), Con Hauett (Toyota) və Maks Mosli (FİA) oturublar, körpüdən onları komanda başçıları və FİA-nın yeni prezidenti Jan Todt yola salırlar. Quldur bayrağı olan qayıqda isə Flavio Briatore (Renault) bazuka ilə silahlanıb.
2008-ci ilin açıqcası
FİA-nın o zaman başçısı olan Maks Mosli məşhur qəzet qalmaqalında olduğu kimi qamçı ilə yüngül əxlaqlı qızları deyil, komanda başçılarını qamçılayır. Berni isə zərərçəkənlərə leykoplastır verir.
2007-ci ilin açıqcası
Məşhur casus qalmaqlında adları hallanan Ferrari-nin baş mühəndisi Naycel Stepni və McLaren-in baş mühəndisi Mayk Koflən McLaren-in başçısı Ron Dennisə üzərində Ferrari nişanı olan bağlama verirlər, Ron: “Mayk, bağışla, amma mən bunu götürə bilməyəcəm, bizim ənənəvi metodu yoxla.” Arxada isə Ferrari və McLaren komandalarının bazaları peyk antenləri ilə bir-birindən məlumat oğurlayırlar…