F-1.az xatırladır ki, daha sonra Niki Lauda Lyuisi Mercedes-ə keçməyə inandırıb, lakin britaniyalının maliyyə gözləntiləri çox yüksək olub və maaş mübahisəsi demək olar ki, keçidin qarşısını alıb. Problemi həll etmək üçün Formula1-in sahibi Berni Ekklstoun “Lucky!” sənədli filmində dediyi kimi, sürücünün maaşının bir hissəsini kompensasiya etməyə hazır olub.
Bernie Ekklstoun: “Niki Lyuisin nə qədər dəyərli varlıq olduğunu anlayırdı və onu Mercedes-ə keçməyə inandıra bildi. Amma Həmiltona istədiyi qədər maaş verilməsəydi, getməyə razı olmazdı.
Onda mən Nikiyə dedim: “Bu oğlana Mercedes lazımdır, ona görə də maaş fərqini mən ödəyəcəm”, amma sonda hər şeyi Mercedes ödədi”.