Berni Ekklstoun 89 yaşında dördüncü dəfə ata olub

Oktyabr ayında 90 yaşını qeyd edəcək Berni Ekklstoun dünən dördüncü dəfə ata olub!

F-1.az xəbər verir ki, dünən İsveçrənin İnterlaken şəhərciyində yerli vaxtla 12:05-də, Formula1 çempionatının keçmiş rəhbərinin həyat yoldaşı Fabiana oğlan uşağı dünyaya gətirib. Ana və yeni doğulmuş uşaq yaxşıdırlar.

Berni Ekklstounun ilk iki evliliyindən üç qızı var – Debora (65 yaş), Tamara (36 yaş) və Petra (31 yaş). Oğlunun doğulmasına Berni qısa şərh verib: “Artıq Eys adlı oğlum var. Mən onunla çox qürur duyuram!”

Saytımız adından Berni və Fabiananı bu münasibətlə təbrik edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*