Lyuis Həmilton Braziliyada heç vaxt qalib gəlməyib, Rosberq isə son iki ildə podiumun ən yüksək pilləsinə çıxmağı bacarıb.
Gerhard Berger: “Nikonun Meksikada riskə getmədiyini düşünürəm. Etdiyi şey problemlərlə üzləşməməyə çalışmaq və səhv etməmək idi. Amma artıq qazanacağı bir qələbə onu çempion edəcək. Onun yerində olsaydım, Braziliyada bu məsələni həll edərdim. Onun da belə edəcəyini düşünürəm. Lyuis aqressiv olacaq, çünki itirəcəyi bir şey yoxdur. Lakin Nikonun var”.
Jak Vilnöv: “Niko poulu alıb startdan etibarən qalib gəlmək üçün hər şeyi etməyə məcburdur. Lyuis orada heç vaxt qalib gəlməyib və Niko bu statistikanı qələbəyə çevirməlidir”.