F-1.az xəbər verir ki, keçmiş Formula1 sürücüsü bəzi gələcək planları ilə bağlı Avstriyanın ORF telekanalına danışıb.
Berger bildirib ki, artıq onu avtoidmanda daimi iş maraqlanmır. Daha sonra Berger yeni Audi layihəsinə məsləhətçi kimi qoşula biləcəyi ilə bağlı şayiələr barədə danışıb.
Gerhard müsahibəsində bir daha vurğulayıb ki, avtoidman artıq onun həyatda prioritetləri arasında deyil.
“Qətiyyən yox. Artıq 63 yaşım var, mövsümün bütün yarışlarında işləmək üçün kifayət qədər enerjim yoxdur, – deyən Berger, eyni zamanda həmyerlisi və köhnə dostu Helmut Markonun da adını çəkib. – Red Bull-un avtoidman məsləhətçisi Hellmutun yaşı artıq 80-ə az qalıb, amma o, hələ də hər yarışda iştirak edir. Lakin onun kimi insanlar çox, çox azdır. Vaxtında dayanmaq istəyirəm və o vaxt gəlib”.