F-1.az xəbər verir ki, cüt turbolu Bentley mühərriki ilə təchiz edilmiş Ginetta-nın LMP3 şasisi gələn ay test üçün trasa çıxacaq. Ginettanın zavodunda yeni test avtomobilinin üzərində işləyirlər.
Avtomobilin ilk test yürüşü fevral ayının axrına planlaşdırılır.
Test proqramından sonra 2017-ci il LMP2 qaydalarına uyğun olan şassi seçilməlidir. Böyük britaniyalılar Bentley, Dallara, ORECA, Onroac (Ligier), Riley/Multimatic şassilərindən birini seçməlidirlər.
Bentley iki ildir ki, GT kateqoriyasında yarışır, ancaq ingilislər 13 ildir ki, prototip avtomobillə yarışmırlar. Xatırladaq ki, V8 mühərriklə təchiz edilmiş Bentley Speed 8 avtomobili 2003-cü ilin 24 saatlıq Le Man yarışında qalib gəlib.
Əgər Bentley gələcəkdə WEC-də yarışası olsa, Audi və Porsche-dən sonra bu seriyada yarışan 3-cü Volkswagen Group firması olacaq…