Benedetto Vinya: F1 çempionluğu Ferrari-nin məqsədlərindən biridir

Cümə axşamı Ferrari-nin icraçı direktoru Benedetto Vinya İtaliya şirkətinin investorları üçün konfrans təşkil edib.

F-1.az xəbər verir ki, o, 2022-ci ilin birinci yarısında yol avtomobillərinin satışından əldə olunan gəlirin 21% artımından 2,48 milyard avroya və xalis mənfəətin 19% artaraq 490 milyon avroya çatmasından danışıb. Konkret rəqəmlərdən danışsaq, o zaman 2022-ci ilin ilk altı ayında Ferrari 6706 avtomobil satıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.

Vinya maliyyə məsələlərindən əlavə, Formula1 mövzusuna da toxunub: “Ötən mövsüm sübut etdik ki, podiumlar və qələbələr üçün mübarizə apara bilərik. İndi məqsədimiz təkcə çempionatda liderliyi ələ keçirmək deyil, həm də mövsümün sonuna kimi birinciliyi qoruyub saxlamaqdır.

Formula1-də titul Ferrari-nin məqsədlərindən biridir. Digər məqsəd yol avtomobillərində insanları valeh edəcək innovativ texnologiyaların tətbiqidir. Üçüncü məqsəd müştəri bazasını genişləndirmək, dördüncüsü şirkətə məxsus patentlərin sayını artırmaqdır.

Ferrari indi təkcə Formula1-də deyil, həm də dözümlülük yarışlarında və e-Sport seriyada təmsil olunur. Biz virtual aləmdə öncüllər sırasında olmaq istəyirik. Buraya Maranelloda bizim trenajorumuz üzərində işləmək daxildir ki, bu da Sürücü Akademiyamızın üzvləri tərəfindən istifadə olunur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*