Ben Sulayemi Andretti Cadillac xəbərlərinə reaksiyalar təəccübləndirib

FİA prezidenti Muhəmməd ben Sulayem Andretti Global və Amerikanın General Motors korporasiyasının premium bölməsi olan Cadillac-ın birgə layihəsi ilə bağlı xəbərlərə qarışıq reaksiyadan çaşdığını gizlətmədiyi bəyanatla çıxış edib.

F-1.az xəbər verir ki, bir neçə gün əvvəl Andretti GlobalGeneral Motors şirkətləri tərəfdaşlıqlarını elan ediblər – amerikalı komanda Formula1-də Cadillac-la yarışmağı planlaşdırır.

“Andretti və Cadillac haqqında xəbərlərin bəzi əks reaksiyalara səbəb olması təəccüblüdür, – deyə ben Sulayem Dakar marafonuna səfəri zamanı keçirdiyi mətbuat konfransında söyləyib. – Əvvəlki illərdə FİA daha kiçik təşkilatlardan müraciətləri qəbul edirdi və sonradan bu layihə uğur qazanırdı. General Motors kimi qlobal avtomobil istehsalçılarından və Andretti də daxil olmaqla qüsursuz nüfuza malik yarış komandalarından təkliflər daxil olduqda, potensial çempionat iştirakçılarının Formula1-ə daxil olmasını alqışlamalıyıq.

Böyüyən bazarlarda Formula1-ə maraq da artır, bu, çempionatı daha rəngarəng edir və onun cəlbediciliyini artırır”.

Ben Sulayem konkretləşdirməyib ki, məhz hansı “mənfi reaksiyanı” nəzərdə tutub, lakin xatırlatmağa dəyər ki, Formula1-in rəsmi şərhlərini də sadəcə təmkinli adlandırmaq olar.

Andretti Cadillac layihəsi haqqında ətraflı məlumat hələ dərc olunmayıb, lakin böyük istehsalçı ilə tanınmış yarış təşkilatı arasında ittifaq faktının özü müəyyən inam yaratmalı və maraqlı perspektivlər vəd etməlidir. Çox güman ki, FİA prezidenti bu mövzu ilə bağlı bəzi pərdəarxası manevrlərdən xəbərdardır və bu, onu belə bir açıqlama verməyə vadar edib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*