Belçikalılar müqavilənin uzadılmasına ümid edirlər

Belçika Qran Prisinə ev sahibliyi edən Spa trasının F1 ilə müqaviləsi bu ilin sonunda başa çatır.

F-1.az xəbər verir ki, trasda aparılan yenidənqurma işləri artıq başa çatıb və yarışın promouteri Vanessa Maes əmindir ki, görülən işlər müqavilə şanslarını artıracaq.

Vanessa Maes: “İndi mən bir il əvvəlkindən daha optimistəm. Bu ay bizə Formula1-dən nümayəndə heyəti gəldi. İki gün ərzində trasdakı dəyişiklikləri öyrəndilər, bunun sayəsində növbəti Qran Pri 2022-ci ildəki mərhələdən daha uğurlu olmalıdır.

Biz əminik ki, indi tras Formula1-in bütün tələblərinə tam cavab verir – biz bütün şərtləri yerinə yetirmişik. Yaxın vaxtlarda Formula1 nümayəndələri ilə yeni görüş planlaşdırırıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*