Belçikada avqustun sonunadək idman tədbirlərinin keçirilməsi dayandırılıb

Koronavirus pandemiyası Avropada tədricən gücünü itirir, artıq bəzi ölkələrdə karantin tələbləri yumşaldılır, bu da idman aktivliyinin bərpa olunmasına ümidi  artırır.

F-1.az xatırladır ki, son günlər Formula1 mövsümünün iyulda Silverstounda başlayacağı barədə şayiələr güclənməkdədir – düzdür, gələn xəbərlərdə ilk yarışların boş tribunalarla keçiriləcəyi bildirilir.

Amma azarkeşlərin inamına Belçikada ciddi sarsıdıcı zərbə vurulub – bir az əvvəl məlum olub ki, ölkədə avqustun sonunadək böyük mədəniyyət və idman tədbirlərinin keçirilməsi dayandırılıb. Ən maraqlısı isə odur ki, Belçika Qran Prisi avqustun 28-30-da keçirilməli idi.

Aydındır ki, hökumətin bu qərarı dünya çempionatının təşkilatçılarına başağrısı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*