Quru. Günəşli. Havanın temperaturu +21°-22° C, trasın temperaturu +28°-33° C
Şənbə səhəri də Spada isti olub. Formula1-in həftəsonu qeyri-adi istiliklə müşayiət olunur – buludsuz səma altında trasın asfalt örtüyü +30 dərəcədən çox qızıb.
FİA sürücülərin tənqidlərinə qulaq asaraq Raidillon döngəsinin kor hissəsindəki yeni porebrikləri və La Source döngəsindəki təhlükəsizlik zonasının son on metrliyini yığışdırıb.
Komandalar dünən topladıqları məlumatları təhlil edərək sazlanmalara düzəlişlər ediblər, trasdan çıxmalar az olub. Roberto Merhi və Roman Qrojan son şikana qarşısında fırlansalar da, ciddi insident yaşanmayıb. Alonsonun maşınında qazburaxma sistemi ilə problemlər üzə çıxıb – ispaniyalə sürücü cəmi bir dövrə vuraraq maşını mexaniklərin ixtiyarına buraxıb.
Protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:48.984. F-1.az xatırladır ki, 2 saatdan sonra sabahkı Formula1 yarışının sıralanma turu keçiriləcək…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:48.984 | – | 15 |
02 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:49.482 | + 0.498 | 19 |
03 | S.Fettel | Ferrari | Ferrari | 1:49.629 | + 0.645 | 17 |
04 | K.Rəykkönen | Ferrari | Ferrari | 1:49.864 | + 0.880 | 19 |
05 | S.Peres | Force İndia | Mercedes | 1:49.866 | + 0.882 | 15 |
06 | D.Rikkardo | Red Bull | Renault | 1:49.930 | + 0.946 | 20 |
07 | D.Kvyat | Red Bull | Renault | 1:49.980 | + 0.996 | 19 |
08 | N.Hülkenberq | Force İndia | Mercedes | 1:50.000 | + 1.016 | 15 |
09 | V.Bottas | Williams | Mercedes | 1:50.179 | + 1.195 | 15 |
10 | F.Massa | Williams | Mercedes | 1:50.447 | + 1.463 | 15 |
11 | K.Sayns | Toro Rosso | Renault | 1:50.552 | + 1.568 | 20 |
12 | P.Maldonado | Lotus | Mercedes | 1:50.585 | + 1.601 | 17 |
13 | M.Ferstappen | Toro Rosso | Renault | 1:50.599 | + 1.615 | 21 |
14 | F.Nasr | Sauber | Ferrari | 1:50.690 | + 1.706 | 17 |
15 | M.Erikson | Sauber | Ferrari | 1:51.054 | + 2.070 | 20 |
16 | R.Qrojan | Lotus | Mercedes | 1:51.187 | + 2.203 | 18 |
17 | C.Batton | McLaren | Honda | 1:51.981 | + 2.997 | 12 |
18 | U.Stivens | Manor | Ferrari | 1:54.262 | + 5.278 | 16 |
19 | R.Merhi | Manor | Ferrari | 1:54.281 | + 5.297 | 9 |
20 | F.Alonso | McLaren | Honda | – | – | 1 |